Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AMADA rəsmiləri iNADO-nun illik Baş Assambleyasına qatıldı
İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik Baş Assambleyası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Bildirilib ki, Assambleya iNADO-ya üzv təşkilatlar üçün mühüm müzakirələr və qərar qəbuletmə proseslərində iştirak baxımından böyük əhəmiyyət kəsb edib.
Tədbir çərçivəsində ötən il təşkil olunan Baş Assambleyanın protokollarının təsdiqi, İdarə Heyətinin sədri və baş direktorun, habelə maliyyə hesabatlarının təqdimatı olub. Bundan əlavə, iNADO Konstitusiyasına düzəlişlər və yeni İdarə Heyətinin üzvlərinin seçilməsi ilə də bağlı müzakirələr aparılıb.
Görüşdə kvorum tələbləri, səsvermə prosedurları, təkliflərin verilməsi və konstitusiyaya dəyişikliklər kimi aspektləri əhatə edən qaydalar da müzakirə mövzuları sırasında yer alıb.
Ümumilikdə, Assambleya üzvlərin təşkilatın istiqamətinin və idarəçiliyinin formalaşmasında fəal iştirakı, idmanda dopinqlə mübarizədə davamlı səylərin təmin edilməsi üçün platforma rolunu oynayıb.

Oxşar xəbərlər
AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir
AMADA rəsmiləri Lozanna Universitetində tədbirə qatıldı
AMADA rəsmiləri CAHAMA-nın 63-cü iclasına qatıldı
AMADA-nın icraçı direktoru kollektivə təqdim olundu
AMADA direktoru Lozannadakı simpoziumda çıxış etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası