reklam
Yığmanın futbolçusu 30 yaşında dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Yığmanın futbolçusu 30 yaşında dünyasını dəyişdi


Çinin "Beytszin" klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında  vəfat edib.

Sportfm.az xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.
 
Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın "Tvente" və "Roda", Belçikanın "Anderlext" klubunda oynayıb. 2010-cu ildən İngiltərənin "Nyukasl" klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.
 
Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə  Afrika Millətlər Kubokunun qalibi olub. 

Oxşar xəbərlər

Kot-d’İvuar tarixində üçüncü dəfə Afrika Kubokunu qazandı
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Azərbaycan yığmasının və "Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişdi - 51 yaşında
"Neftçi"nin keçmiş futbolçusu qəflətən dünyasını dəyişdi - 72 yaşında
Yığmanın futbolçusu 24 yaşında vəfat etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər