reklam
Sportfm.az xəbər saytı

"Baku Sporting"in ölkə futboluna bəxş etdiyi istedad -FOTO


17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda son oyununu keçirib.
Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin 4-cü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Bundan əvvəl Bolqarıstan yığmasına 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olan Azərbaycan milli komandası qrupu 3 xalla 3-cü pillədə başa vurub.
Matçda ikinci qolu vuran Arzu Cəfərova "Baku Sporting" komandasının aparıcı üzvüdür. Klubun uşaq-futbol akademiyasının yetirməsi olan Arzu liderlik keyfiyyətləri ilə seçilir. Cəfərova Buzovna təmsilçisinin Azərbaycan futboluna qazandırdığı istedadlardan biridir.
"Baku Sporting"in ölkə futboluna bəxş etdiyi istedad -

Oxşar xəbərlər

"Baku Sportinq"in futbolçuları milli komandada
Millimiz son oyunda da uduzdu
Millimiz Türkiyə yığmasına qalib gəldi - Yoxlama oyunu
Belarusla heç-heçə etdik
"Dinamo Balakən"in futbolçusu milli komandada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər