reklam
Yarımçıq dayandırılan oyunla bağlı cəzalar açıqlandı
Sportfm.az xəbər saytı

Yarımçıq dayandırılan oyunla bağlı cəzalar açıqlandı


AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.
Sportfm.az xəbər verir ki, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4 futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.

“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar. Onlardan Fərid Cəfərov hakimi təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.

“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.

Oxşar xəbərlər

"Vətən"in 13 yaşlı futbolçusu hakimi təhqir etdi
“Turan Tovuz”un futbolçusuna ağır cəza - QƏRAR
Hakimi təhqir edən futbolçu cəzalandırıldı - QƏRAR
Hkimləri təhqir edənlərin cəzaları açıqlandı - QƏRAR
İntizam Komitəsinin qərarları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər