reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin legioneri sağaldı


“Neftçi”nin futbolçusu Ataa Caber zədəsini sağaldıb.
Sportfm.az xəbər verir ki, Fələstin millisinin yarımmüdafiəçisi komanda ilə məşqlərə başlayıb.

O, klubun mətbuat xidmətinə açıqlamasında bununla bağlı deyib: “Özümü yaxşı hiss edirəm. Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım. Bütün fikrimi Qəbələ” ilə oyuna cəmləmişəm. Düşünürəm ki, həmin matçda qalib gələ biləcəyik".

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Oxşar xəbərlər

"Neftçi"nin futbolçusu Fələstin millisində
“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxacaq
"Neftçi"də zədəli futbolçular "gözləyir"
“Neftçi”nin bu futbolçuları “Qarabağ”la oyunu buraxacaq
“Neftçi”nin futbolçusu Fələstin yığmasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər