reklam
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi
Sportfm.az xəbər saytı

Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi


"Lester"in qadınlardan ibarət komandasının baş məşqçisi Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərilib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı mütəxəssisin komanda üzvlərindən biri ilə münasibətdə olduğuna görə vəzifəsindən göndərildiyi bildirilib. Baş məşqçi davranış kodeksini pozmaqda günahlandırılıb.

Komanda müvəqqəti olaraq Ceniffer Fosterə tapşırılıb. İngiltərə millisinin sabiq üzvü olan Foster buna qədər Uilli Kirkin köməkçisi işləyib.

Qeyd edək ki, 45 yaşlı Uilli Kirk 2022-ci ilin yayından "Lester"i çalışdırırdı. Komanda hazırda İngiltərə çempionatında 16 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alıb.

Oxşar xəbərlər

Millimizin rəqibinin baş məşqçisi istefaya göndərildi
Şanlı istefaya göndərildi
Sağlam istefaya göndərildi
Klinsmann istefaya göndərildi
Əfsanə istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər