reklam
Medal ümidimiz mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Medal ümidimiz mübarizəyə başlayır


Bu gün Bakıda güləş üzrə olimpiya lisenziya turnirində qadın güləşçilər mübarizəyə başlayacaqlar.

Sportfm.az xəbər verir ki, sərbəst güləş üzrə turnirdə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulacaq. Mariya Stadnik (50 kq) və Jalə Əliyevə (57 kq) startdan azaddırlar və ilk görüşlərini 1/4 finalda keçirəcəklər.

Digər 3 idmançımız - Elnura Məmmədova (53 kq), Birgül Sultanova (62 kq) və Elis Manolova (68 kq) isə yarışa təsnifat mərhələsindən (şərti olaraq 1/8 final) start verəcəklər. E.Məmmədova bu mərhələdə Veronika Ryabovolova (Makedoniya), B.Sulanova Amelin Duarre (Fransa), E.Manolova isə Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 10:30-da, yarımfinallar 18:00-da başlanacaq. Qeyd edək ki, yarımfinalın qalibləri 2024-cü ildə Parisdə keçiləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Bakı turnirində final olmayacaq.

Əlavə edək ki, dünən ilk mübarizəyə qoşulan 4 yunan-Roma güləşçimizdən (Beka Kandelaki, Nihat Məmmədli, İslam Abbasov və Murad Əhmədiyev) heç biri lisenziya qazana bilməyib.

Oxşar xəbərlər

Stadnik olimpiadaya lisenziya qazana bilmədi
Güləşçilərimizin ilk rəqibləri açıqlandı
Sərbəst güləşçilərimiz mübarizəyə başlayır
Daha 2 qadın güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər