reklam
Azərbaycanın Paris 2024-ə vəsiqə qazanan idmançıları -
Sportfm.az xəbər saytı

Azərbaycanın Paris 2024-ə vəsiqə qazanan idmançıları -SİYAHI


Azərbaycan Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziyalarını qazanıb.
Dünən Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi finala vəsiqə qazanmaqla lisenziyanı təmin edib. Bunlar Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvilidir (125 kq).
Sportfm.az xəbər verir ki, bununla da Azərbaycanın Paris 2024-ə qazandığı lisenziyaların sayı 16-a çatıb. Qarşıdakı yarış Hacı Əliyev üçün üçüncü olimpiada olacaq. O, Rio-2016 bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan idmançlarından Ruslan Lunyov (atıcılıq, 10 metr), Murad Allahverdiyev (boks, 80 kq), Məhəmməd Abdullayev (boks, +92 kq), Anna Skidan (atletika, çəkic atıcı), Zöhrə Ağamirova (bədii gimnastika), Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq), Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq), Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq), Qaşım Məhəmmədov (taekvondo, 58 kq), Nicat Hüseynov (boks, 51 kq) ) və Selcan Mahmudova (batut) da Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıblar.

Oxşar xəbərlər

Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş keçirildi - FOTO
Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş keçirildi - FOTO
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
Daha bir güləşçimiz lisenziya qazandı - Paris-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər