Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Paris-2024-ə lisenziya qazandı
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarına çıxıb.
Sportfm.az xəbər verir ki, komanda əvvəlcə yarımfinalda Macarıstanla üz-üzə gəlib.
Azərbaycan millisi 21:19 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinalda isə Polşa Niderlandı 20:12 hesabı ilə üstələyərək finala çıxıb. Finalda Polşaya 18:17 hesabı ilə qalib gələn Azərbaycan millisi turnirin qalib olub və Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə komanda hesabında Olimpiya vəsiqəsini qazanır.

Oxşar xəbərlər
Azərbaycan millisi Avropa Kubokuna vəsiqə qazandı
Millimiz Paris-2024-ün təsnifat mərhələsinin yarımfinalında
Millimiz Çilini uddu - Honkonqda
Güləşçilərimizdən Olimpiadaya daha 5 lisenziya
Gimnastımız Olimpiya Oyunlarına lisenziya qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası