reklam
Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək
Sportfm.az xəbər saytı

Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək


Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.
Sportfm.az xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Hakimləriimiz Avropa kubokunun görüşlərini idarə etdi
Cüdo hakimlərimiz Avropa Kubokunda
Ülvi Əliyev “B” kateqoriyalı hakim oldu
Azərbaycanlı hakim “A” kateqoriyası aldı
28 oktyabr - Dünya Cüdo Günü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər