reklam
Derbini udub çempion oldular -
Sportfm.az xəbər saytı

Derbini udub çempion oldular -A Seriyası


İtaliya A seriyasında 33-cü tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun son matçında Milan derbisi baş tutub. Şəhərin eyniadlı komandası əzəli rəqibi “İnter”i qəbul edib. 3 qolun vurulduğu matçda nominal qonaqlar qələbə qazanıb.
“Milan” - “İnter” - 1:2
Qollar: Françesko Açerbi, 18 (0:1), Markus Türam, 49 (0:2), Fikayo Tomori, 80 (1:2)

Bu qələbə sayəsində xallarının sayını 86-ya çatdıran “İnter” çempionluğunu rəsmiləşdirib. İkinci pillədəki “Milan” 69 xala malik olduğundan qarşıdakı 5 tur ərzində əzəli rəqibinə çatması mümkünsüzdür.

Bu, “neradzurra”nın tarixində 20-ci Skudettodur. İlk çempionluğunu 1909/10 mövsümündə qazanan “İnter” sonuncu dəfə 3 il əvvəl İtaliyanın ən güclüsü olmuşdu.

Oxşar xəbərlər

Milan derbisini "İnter" qazandı - Çempionlar Liqası
Superkubokunun qalibi məlum oldu
Bu gün derbi var - "Milan" - "İnter"
Milan derbisində 6 qol - "İnter" liderdir
"Milan" derbini uddu və yarımfinala adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər