Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şeydayev fərqlənə bilmədi, Diniyev sevindi
Türkiyə birinci liqasında 31-ci tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun son oyununda Coşqun Diniyevin formasını geydiyi “Ümraniyəspor” öz meydanında Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”u qəbul edib.
Milli komandamızın hər iki üzvü meydana start heyətində çıxıb. Şeydayev görüşü əvəzolunmadan keçirdiyi halda, Diniyev 80-ci dəqiqədə əvəzlənib. Coşqun 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qarşılaşmanın taleyini bir top həll edib. Emrecan Bulutun 67-ci dəqiqədə vurduğu qol “Ümraniyəspor”a 1:0 hesablı qələbə qazandırıb.
Diniyevin komandası xallarının 37-yə çatdırmaqla turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Əvvəlki kimi 52 xalda qalan “Kocaelispor” isə 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Diniyev oynadı, komandası qələbə qazandı - Birinci Liqa
Diniyev bu dəfə sevinə bilmədi
Axır ki, Ramil Şeydayev qol vurdu - Türkiyə 1-ci Liqası
Diniyevin komandası yenə uduzdu - Türkiyəni 1-ci liqa
Diniyevin komandası məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası