reklam
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu


Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu finalda Danil Lavrentyevi (AIN) üstələyib. Bununla da H.Heydərov qızıl medala yiyələnib. O, Azərbaycan cüdosunun tarixinə dördqat Avropa çempionu olan ilk idmançı kimi düşüb.
Bu gün digər Azərbaycan cüdoçuları - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Oxşar xəbərlər

Hidayət Heydərov dünya çempionu oldu
Yarımfinalda iki cüdoçumuz - Avropa çempionatı
Ümidimiz Hidayət tatamiyə çıxır - Avropa çempionatı
Hidayət Heydərov finalda - Böyük Dəbilqə
Hidayət Heydərov Avropa çempionu oldu - İkinci dəfə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər