reklam
FİFA prezidenti
Sportfm.az xəbər saytı

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi


FİFA prezidenti Canni İnfantino "Qarabağ"ı təbrik edib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib. Məktubda bildirilib:

Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".

Oxşar xəbərlər

FİFA "Qarabağ"ı təbrik etdi
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi - Çempionluğa görə
FIFA prezidenti Rövnəq Abdullayevi təbrik etdi - FOTO
FIFA-dan "Qarabağ"a təbrik məktubu - FOTO
FİFA Azərbaycan çempionunu təbrik edti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər