Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mövsümün son oyunları keçirildi -Yüksək Liqa
Bu gün futzal üzrə Yüksək Liqada mövsümün sonuncu – 20-ci turunun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, “Record club” yarışdan kənarlaşdırıldığı üçün “Baku Fire” 3 xalı meydana çıxmadan hesabına yazdırıb.
“Yasamal Bakı” ilə qarşılaşan “Neftçi” meydançaya legionerlərsiz çıxıb və 15:6 hesablı qələbəyə sevinib.
Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Gözlənildiyi kimi, son çempion çətinlik çəkmədən qələbə qazanıb – 8:0.
Bununla da Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub.
Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər – Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov səhnəyə dəvət alıblar. Bundan başqa, Vitali Borisova (“Araz-Naxçıvan”) ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib. “Neftçi”yə bürünc, “Baku Fire”yə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

Oxşar xəbərlər
“Araz-Naxçıvan” çempionluğunu təmin etdi - Yüksək Liqa
“Baku Fire” “Record”u peşman etdi - Yüksək Liqa
“Neftçi”, “Araz-Naxçıvan” və “Baku Fire” böyükhesablı qələbə qazandı
“Araz-Naxçıvan” – “Neftçi” matçında FİFA referisi
Mövsümün ilk oyunu FİFA referilərinə tapşırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası