Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı Avropa çempionatına ev sahibliyi edəcək
Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi Azərbaycanda keçiriləcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.
Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcək. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq. Görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yaxın günlərdə biletlər “İticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.

Oxşar xəbərlər
Millimizin Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşdi
Güləş üzrə Azərbaycan çempionatı start götürəcək
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək
Güləşçilər Bakı İdman Sarayına yığışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası