reklam
Sportfm.az xəbər saytı

"Bakı Marafonu 2024" qalibləri müəyyənləşdi -FOTO


Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

Oxşar xəbərlər

“Bakı marafonu 2024” başladı
Qaliblər mükafatlandırıldı - “Bakı Marafonu 2023”
"Bakı Marafonu 2023"ün qalibləri məlum oldu
"Bakı Marafonu-2019"un qalibi uqandalı oldu
“Bakı Marafonu 2018”in qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər