reklam
Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi
Sportfm.az xəbər saytı

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi


UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışın final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edib.

Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.

Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.

Oxşar xəbərlər

AFFA-da məşqçi kurslarına yekun vurulub
Mərakeşlilər Bakıda çempion oldular
Məşqçi kurslarına yekun vuruldu
Badminton üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər