Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İspanlar uddu, "Qarabağ"ın şansı gətirdi
Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının 2024/25 mövsümündə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Sportfm.az xəbər verir ki, bu, "Real"ın bu gecə ÇL-in 2023/24 mövsümünün qalibi olması ilə dəqiqləşib. Madrid klubu finalda Dortmund "Borussiya"sına qalib gəlib və tarixində 15-ci dəfə ÇL kubokuna sahib çıxıb.
Çempionlar Liqasının qalibi növbəti mövsümdə də Çempionlar Liqasının əsas mərhələsində vəsiqə almaq hüququnu saxlayır. Bununla belə, cari mövsüm İspaniya çempionu olan "Real" artıq 36 iştirakçı arasında yerini təmin edib. "Real" ÇL-in qalibi olduğu üçün onların yerini təsnifat mərhələsindən komanda tutmalıdır. Bu məqamda isə UEFA yenilik tətbiq edib. Bundan sonra növbəti tura yüksəlməyə ölkənin reytinqi deyil, konkret klubun reytinqi təsir edəcək. Çempionlar Liqasının qalibinin yerini seçmə mərhələnin iştirakçısı olan ən yüksək reytinqə malik klub tutacaq.
Bu halda həmin vəsiqəyə 63,000 xal əmsalı ilə ən yüksək reytinqə malik Donetsk “Şaxtyor”u (Ukrayna çempionu) sahib olur. "Şaxtyor" yarışa pley-off mərhələsindən - sonuncu 4-cü təsnifat mərhələsindən başlamalı idi.
"Şaxtyor”un pley-off mərhələsindəki yerini 2-ci təsnifat mərhələsinin ən yaxşı komandası tutacaq. Niyə 3-cü yox, 2-ci? Ona görə ki, Çempionlar Liqasının 2024/25 mövsümündə 3-cü təsnifat mərhələsindən başlayan komandalar yoxdur. Beləliklə, “Şaxtyor”un əvəzinə “Kopenhagen” (reytinq – 51,500) Danimarka çempionu olacağı təqdirdə "pley-off"da çıxış edəcək. Əgər belə olmasa, Xorvatiya çempionu Zaqreb "Dinamo"su (50,000) "pley-off"da oynayacaq.
Bundan sonra 2-ci təsnifat mərhələsində 8 komanda qalacaq. Lakin bu, həmin mərhələ üçün kifayət deyil. Ona görə də seçmə mərhələdə hər şeyin tamamlanması üçün 1-ci mərhələdən iki komanda lazımdır. Burada ən yaxşı reytinq Macarıstanın "Ferensvaroş" (35,000) və Azərbaycanın "Qarabağ" klubuna (33,000) məxsusdur. "Real" qalib gəldiyi üçün məhz bu iki klub 2-ci tura yüksələcək.
Beləliklə, 2024/25 mövsümündə 1-ci təsnifat mərhələsində (30 əvəzinə) 28 komanda çıxış edəcək. “Qarabağ” da daxil olmaqla 10 komandanın mübarizəyə başlayacağı 2-ci tura 14 klub qoşulacaq. Yekunda 12 klub 3-cü mərhələyə, sonra 6 klub "pley-off"a yüksələcək. "Pley-off"da onları daha 4 komanda gözləyəcək. Nəticədə təsnifat mərhələsi yolu ilə Çempionlar Liqasının əsas mərhələsinə 5 komanda vəsiqə qazanacaq.

Oxşar xəbərlər
"Qarabağ" ispanların qələbəsini arzulamalıdı - DETALLAR
UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
Kubokun qalibi mübarizəyə Avroliqanın 1-ci mərhələsindən başlayacaq
Avropa Liqasına yolumuzu nə bağlayacaq?
Çempionlar Liqasının daha bir iştirakçısı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası