reklam
Bu gün mövsümün finalıdır -
Sportfm.az xəbər saytı

Bu gün mövsümün finalıdır -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşacaq. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 7 dəfə sahib çıxıb.

"Zirə" isə bu titulu heç vaxt qazanmayıb. Əgər paytaxt təmsilçisi bugünkü finalda qalib gəlsə, tarixinin ilk kubokunu əldə edəcək.

Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olacaq. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edəcək.

Azərbaycan kuboku, final

20:00. "Qarabağ" - "Zirə"

Oxşar xəbərlər

"Qarabağ" "qızıl dubl" etdi - Azərbaycan Kuboku
“Qarabağ” – “Zirə” matçına satılan biletlərin sayı - 4000 min
“Turan Tovuz” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Qarabağ”a qarşı – Misli Premyer Liqası
Azərbaycanın “Pop Divası” kubokun finalında çıxış edəcək
Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər