Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz reytinq turnirini uddu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Sportfm.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub.
Murad Məmmədov (63 kq) 1/4 finalda macarıstanlı Levente Tota (11:0), yarımfinalda isə iranlı Meysam Dalxaniyə (10:1) tam üstünlüklə qalib gəlib. Həmyerlimiz finalda moldovalı dünya və Avropa çempionu Viktor Çobanunu (10:0) elə ilk hissədə aldığı xallarla vaxtından əvvəl məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində Türkiyənin məşhur güləşçisi Rza Kayaalpa 0:3 hesabıyla uduzub.
Əlavə edək ki, sabah Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) güləşəcək.

Oxşar xəbərlər
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Daha iki güləşçimiz Avropa çempionu oldu
Güləşçilərimiz Avropa çempionatının finalında
Daha 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçimiz qızlı medal qazandı - Reytinq turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası