reklam
Sportfm.az xəbər saytı

"Sabah" və "Sumqayıt"ın rəqibi bilindi -Konfrans Liqası


Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.

"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt" ilk matçı öz meydanında olacaq.

Həmçinin, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" cütünün məğlubunun də KL-in 2-ci mərhələsindəki potensail rəqibi bəlli olub. Bu komandalardan hansı mübarizəni uduzsa, KL-in 2-ci raundunda Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfransa Lİqasında 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Oxşar xəbərlər

"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bilindi
"Zirə"nin rəqibi müəyyənləşdi - Avropa Liqası
"Zirə" Avroliqadakı rəqibi hansı komanda olacaq? - Püşkatma
"Neftçi" və "Sabah"ın potensial rəqibi məlum oldu
“Neftçi”, “Sabah” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər