reklam
“Cəbrayıl” yeni baş məşqçisini açıqladı -
Sportfm.az xəbər saytı

“Cəbrayıl” yeni baş məşqçisini açıqladı -TƏYİNAT


Elhad Nəziri "Cəbrayıl" FK-nın baş məşqçisi təyin edilib.
Sportfm.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdəyevin köməkçisi kimi çalışacaq.

Oxşar xəbərlər

"Cəbrayıl" baş məşqçisiz qaldı
“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
Qaydalar pozuldu və "Cəbrayıl"....
"Şamaxı"da baş məşqçi dəyişikliyi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər