reklam
Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi
Sportfm.az xəbər saytı

Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi


Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi açıqlanıb.
 
Sportfm.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018 FIA Formula 1 Dünya Çempionatının təqvimi təsdiqlənib.

Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da Azərbaycan Qran Prisi gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl iki il F1 yarışına iyun ayında ev sahibliyi edən Bakı Şəhər Halqası (BŞH) üçün 27-29 aprel tarixləri önəmli dəyişiklikdir.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər diqqətdən qaçmır. Belə ki, 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış - 21 Qran Prinin keçiriləcəyi gözlənilir. 

"Yarış təşkilatçılarının daha çox hazırlıq vaxtlarının olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirdik və FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik," - deyə Formula 1-in rəhbəri Çeyz Keri 2018 F1 təqviminin ilkin versiyasının elanından sonra mətbuata verdiyi açıqlamasında bildirib.

Ç.Keyz əlavə edib: "Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və həmçinin ən vacib tərəfdaşımız olan Formula 1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün Formula 1 ailəsi bundan faydalana biləcək".
 
Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi gələn il 27-29 aprel tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Novbəti Formula 1 Azərbaycan Qran Prisi nə vaxt olacaq?
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirildi
Bakıda keçiriləcək Formula 1-in adı dəyişdirilir? - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər