reklam
“Zirə” qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

“Zirə” qələbə ilə başladı -Avroliqa


Bu gün Avropa Liqasında 2024/25 mövsümünə start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də ilk sınağına məhz bu gün çıxıb.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandası ilə üz-üzə gəlib. Bu rəqiblə ilk oyun səfərdə baş tutub. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmaq arzusuna çətinliklə də olsa, çatıb.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul

Şerif – Zirə 0:1
Qol: Davit Volkov, 88.
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).
Tiraspol. “Şerif” İdman Kompleksi.

Şerif: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli
Yuri Qura.
Zirə: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Oxşar xəbərlər

"Zirə" - "Şerif" - START HEYƏTLƏR
"Zirə"nin önünə bu futbolçularla çıxacaqlar - SİYAHI
“Zirə”nin “Şerif”lə oyunlar üçün iştirak ərizəsi - Avropa Liqası
"Araz-Naxçıvan" - "Zirə" - Start heyətlər
"Zirə" - "Səbail" - START HEYƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər