reklam
“Araz-Naxçıvan” Superliqa klubuna qarşı -
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan” Superliqa klubuna qarşı -Yoxlama oyunu


İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurumda reallaşdırır.
Sportfm.az xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb. Yeni transferlərdən Benny də artıq komandanın düşərgəsindədir.

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Naxçıvan klubunun baş məşqçisi: "Hər kəs anlayır ki..."
"Araz-Naxçıvan”ın yay hazırlıq planı
"Araz-Naxçıvan" Elmar Baxşıyevlə davam edəcək - RƏSMİ
“Araz-Naxçıvan” Naxçıvana getməyəcək
"Turan Tovuz" "Araz Naxçıvan"a qarşı - Yoxlama matçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər