reklam
Sportfm.az xəbər saytı

"Zirə" və "Sabah"ın qələbəsi Azərbaycana xal qazandırdı -UEFA reytinqi


Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportfm.az xəbər verir ki, Azərbaycanın "Zirə" və "Sabah" klublarının Konfrans Liqasındakı qələbəsi ölkəmizə daha 0,500 xal (hər qələbə 0,250 xal ) qazandırıb. Bununla da xalını 17,750-yə yüksəldən Azərbaycan reytinqdə 1 pillə irəliləyib və 24-cü pilləyə yüksəlib.

23-cü yerdəki Rusiyanın 18,299, 25-ci sıradakı Slovakiyanın isə 17,625 xalı var.

Qeyd edək ki, "Zirə" DAK 1904"ə 4:0, "Sabah" "Makkabi"yə (Hayfa) 3:0 hesabı ilə qalib gəlib.

Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Azərbaycan 25-ci pillədə qərarlaşdı - UEFA reytinqi
Azərbaycan klublarının UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər