Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu gün 6 idmançımız yarışa çıxır - Paris-2024
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında üçüncü gündür.
Sportfm.az xəbər verir ki, Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulacaq.
Cüdo
Azərbaycanın medal ümidlərindən olan cüdoçu, dünya çempionu Hidayət Heydərov da tatamiyə bu gün çıxacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Heydərovun rəqibi Tohar Bitbul (İsrail)-Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi olacaq.
Cüdo yarışları saat 12:00-dan başlanacaq.
Badminton
Saat 10:30-da badminton (qadınlar, fərdi) yarışlarında 2-ci tur başlanır. Qrupda ilk görüşünü uduzmuş Keişa Fatimə Zəhra (Azərbaycan) Kirsti Gilmor (Böyük Britaniya) ilə qarşılaşacaq.
Saat 22:20-də isə kişilərin fərdi yarışında Edi Reski Dviçayo (Azərbaycan) ilk qrup matçında Kollins-Valentin Filimon (Avstriya) ilə üz-üzə gələcək.
Qılıncoynatma
Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta da yarışda ilk matçına çıxacaq. O, 1/16 finalda Yanq Henqyu (Çin) ilə görüşəcək. Görüşün təxminən saat 12:25-də başlaması nəzərdə tutulub.
Boks
Bu gün boks yarışlarında Azərbaycanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Əvvəlcə +92 kq çəki dərəcəsində 2 dəfə dünya çempionatının bürünc mükafatçısı Məhəmməd Abdullayev rinqə çıxacaq. 1/8 finalda onun rəqibi Nelvi Tiafak (Almaniya) olacaq. Görüşün saat 14:52-də başlaması nəzərdə tutulur.
Bakı vaxtı ilə saat 22:48-də isə daha bir Azərbaycan boksçusu - 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Laşa Quruli (Gürcüstan) ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qatılıb. Onlardan 4-ü (cüdoçular) mübarizəni medal qazanmadan dayandırıb.

Oxşar xəbərlər
Bu gün millimiz mübarizəyə başlayır - Paris-2024
"Hido" finalda - PARİS - 2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
3 idmançımız mübarizəyə başlayır - Paris-2024
İdmançılarımız bu gün mübarizəyə başlayır - Paris-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası