reklam
Stadion tam dolacaq -
Sportfm.az xəbər saytı

Stadion tam dolacaq -"Qarabağ" - "Ludoqorets" matçına 23 000 bilet satılıb


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.

Sportfm.az xəbər verir ki, artıq bu qarşılaşma üçün 23 000 bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
16300 dəqiq olacaq - bilet satışı
“Qarabağ” - "Braqa” oyununun biletləri satışda
“Qarabağ” - “Hekken” matçına 18 min 700 bilet satıldı
"Qarabağ" - "Bayer" matçının biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər