reklam
Sənan Süleymanov yarımfinala yüksəldi -
Sportfm.az xəbər saytı

Sənan Süleymanov yarımfinala yüksəldi -Paris-2024


Azərbaycanın Yunan-Roma güləş millisinin üzvü Sənan Süleymanov bu gün Paris-2024-də mübarizəyə qoşulub. Bu, onun Yay Olimpiya Oyunlarında debütü olub.

Sportfm.az xəbər verir ki, o, 1/8 finalda döşəkcə üzərinə çıxıb. S.Süleymanovun rəqibi dünya və Avropa çempionatının bürünc mükafatçısı, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyan olub. Sənan Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionudur (2020). O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb.

Görüşün gedişatında Sənan Süleymanov zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və Mnatsakanyan üzərində 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.

S.Süleymanov bu görüşdə isə Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Bu çəkidə digər yarımfinal cütlüyündə Nao Kusaka (Yaponiya) ilə Ermənistanı təmsil edən güləşçi Malkhas Amoyan qarşılaşacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:15-də başlanacaq.

Oxşar xəbərlər

Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
"Hido" finalda - PARİS - 2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Üç güləşçimiz yarımfinalda - Dünya çempionatı
Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər