reklam
“Qarabağ” -
Sportfm.az xəbər saytı

“Qarabağ” - "Ludoqorets" matçı rəqibin qələbəsi ilə başa çatdı -Çempionlar Liqası


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Ludoqorets"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust.

20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) - 1:2

Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)

Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

"Qarabağ" Bolqarıstan çempionuna qarşı - YENİLƏNİR
“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
Urs və Sozza "Qarabağ"ın oyununa gələcək
“Qarabağ” “Ludoqorets”i keçərsə bu komandalarla düşəcək - SİYAHI
"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər