reklam
Slavikin bu dəfəki dayanacağı Naxçıvan klubu oldu
Sportfm.az xəbər saytı

Slavikin bu dəfəki dayanacağı Naxçıvan klubu oldu


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportfm.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Slavik Alxasovla müqavilə imzalanıb.

31 yaşlı cinah müdafiəçisi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. Artıq “qırmızı-ağlar”ın məşqlərinə qoşulan futbolçu müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.

“Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ramon Maçado, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" heyətini braziliyalı ilə gücləndirdi
“Araz-Naxçıvan” yenə "daşıyır" - TRANSFER
Naxçıvan klubu portuqaliyalı futbolçu aldı
Millimizin müdafiəçisi "Araz-Naxçıvan"da - TRANSFER
Millimizin müdafiəçisi "Araz-Naxçıvan"da - TRANSFER

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər