reklam
Türkiyə klubuna 25 milyon avro qazandıracaq
Sportfm.az xəbər saytı

Türkiyə klubuna 25 milyon avro qazandıracaq


“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu klubunu dəyişməyə yaxındır.

Sportfm.az xəbər verir ki, türkiyəli futbolçu “Benfika”ya transfer olunmaq üzrədir. İki klub arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Qarşıdakı saatlarda 25 yaşlı futbolçunun müqavilə imzalamaq üçün Portuqaliyaya yollanacağı gözlənilir. Onun transferi 25 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Kərəm Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da forma geyir. Cari mövsüm o, 6 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Aktürkoğlunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına kimidir.

Oxşar xəbərlər

Aktürkoğlu rusların təklifindən imtina etdi
60 milyon avro istəyirlər
"Qalatasaray" 3 milyon avro gəlir əldə etdi
Super Liqanın ən bahalı oyunçuları - SİYAHI
"Qalatasaray" yeni transferini rəsmən təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər