Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki nəfərin öldüyü avtoqəzada futbolun "izi"
Sağdan birinci: Elgün Abbasov
Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.
Sportfm.az xəbər verir ki, AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin qardaşı oğlu, 1990-cı il təvəllüdlü Orxan Mirzəyevin avtomobilinin aşması nəticəsində onun özü və sərnişin, 1989-cu ildə anadan olmuş Elgün Abbasov hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Yaşar Əliyev isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Saytımıza daxil olan məlumata görə, Tovuzun yerli telekanalında çalışan Elgün Abbasov 2004-cü ilə qədər "Turan" klubunun əvəzedici heyətində çıxış edirmiş. Daha sonra Tovuzun digər komandası "Rote Fahne"yə keçən Abbasov bir müddət orada çıxış etdikdən sonra futbolu buraxıb. Elgünün hazırda "Sumqayıt"da çıxış edən Cavid Tağıyevlə yaxın dostu olduqları bildirilir.
Oxşar xəbərlər
Sumqayıtda yetirməsinin yarışına gedən məşqçi qəzada öldü
Mərhum AFFA prezidentinin oğlu dünyasını dəyişdi
Azərbaycan yığmasının sabiq üzvü qəzada dünyasını dəyişdi - FOTO
Yenə idmançı, yenə qəza - ölən var
"Sumqayıt" Gəncə klubunun futbolçusuna göz dikib - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası