Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimiz Minskdə 8 medal qazandı
Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunan turnirdə 8 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız finalda məğlub olan Orxan Abasov (79 kq) gümüş medalla kifayətlənib. Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) isə bürünc mükafata sahib çıxıblar.
Güləşçilər baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak ediblər.

Oxşar xəbərlər
Medved turnirində 8 medal
Güləşçilərimiz Polşada beynəlxalq turnirdə iştirak edəcək
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Güləşçilərimiz Türkiyədə 12 medal qazandı - Beynəlxalq turnir
Əmiraslanov ən güclü olduğunu sübuta yetirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası