reklam
Sportfm.az xəbər saytı

"Barselona"nın 6500-cü qolu -La Liqada tarixi uğur


"Barselona" La Liqada tarixi uğura imza atıb.
Sportfm.az xəbər verir ki, komanda buna çempionatın 7-ci turunda "Xetafe" ilə matçda nail olub. Kataloniya təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Həmin qol isə "Barselona"nın La Liqada 6500-cü qolu olub.

Bu göstərici La Liqada rekord deməkdir. Daha əvvəl heç bir klub ölkə çempionatında 6500 qola imza atmayıb. "Barselona"nın tarixi qolunu isə Robert Levandovski vurub.

"Barselona"ya 6500 qol həddinə çatmaq üçün 3035 matç lazım olub.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlinə 21 xalla liderdir.

Oxşar xəbərlər

Levandovski “Barselona”da qalacaq - Agenti açıqladı
Levandovski “Barselona”da tarix yazdı
Levandovski yeni rekorda imza atdı - La Liga
Lionel Messidən tarixi uğur - 10 qol vurdu
"Barselona"ya səfərdə 1 qol bəs etdi - La Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər