Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionunu öldürən şəxs həbs edildi
Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü həbs edilib.
Sportfm.az xəbər verir ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus "BMW" markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.
R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.
Oxşar xəbərlər
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
"Sumqayıt"ın futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi
Çempionumuz barəsində cinayət işi başlandı
Bakıda çempion qızın ölüm anı - VİDEO
Azərbaycan çempionu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası