reklam
“Araz-Naxçıvan” “Zirə”yə,  “Səbail” “Sumqayıt”a qarşı -
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı -Misli Premyer Liqası


Misli Premyer Liqasında XI turun oyunları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün daha 2 matç oynanılacaq.

Günün ilk qarşılaşması Mərdəkanda baş tutacaq. “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək. Çempionatda ikinci dövrə oynanılsa da, tərəflər mövsümdə ilk dəfə qarşılaşacaqlar. Çempionatın əvvəlində Rəşad Sadıqovun komandası UEFA Konfrans Liqasında çıxışını davam etdirdiyindən “Zirə” - “Araz-Naxçıvan” oyunu təxirə salınmışdı.

Hazırda Elmar Baxşıyevin komandası 20 xalla üçüncü, “Zirə” isə 16 xalla dördüncü pillədə qərarlaşıb.

İlk turda “Qarabağ”a uduzduqdan sonra Naxçıvan təmsilçisi keçirdiyi 8 oyundan 6-da qalib gəlib, yalnız 2 dəfə heç-heçə edib. “Zirə” isə son 2 turda qələbə qazana bilməyib.

Misli Premyer Liqası

XI tur

26 oktyabr

16:00. “Araz-Naxçıvan” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
“Liv Bona Dea Arena”

18:30. “Səbail” - “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov
“ASCO Arena”

27 oktyabr

17:00. “Sabah” - “Neftçi”

19:00. “Qarabağ” - “Şamaxı”

25 oktyabr

“Turan Tovuz” - “Kəpəz” - 2:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 8 0 1 25-6 24
2 Turan Tovuz 11 7 3 1 18-9 24
3 Araz-Naxçıvan 9 6 2 1 12-9 20
4 Zirə 9 5 1 3 15-7 16
5 Sabah 9 4 4 2 20-16 16
6 Şamaxı 9 3 3 3 8-8 12
7 Neftçi 10 1 5 4 9-16 8
8 Səbail 10 2 1 7 15-20 7
9 Sumqayıt 10 2 1 7 8-15 7
10 Kəpəz 11 1 0 10 7-31 3
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rafael Utziq ("Zirə") - 4 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol

Oxşar xəbərlər

“Neftçi” “Səbail”ə, “Araz-Naxçıvan” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Sumqayıt"a, “Turan Tovuz” “Zirə”yə qarşı - Misli Premyer Liqası
"Sabah" "Araz-Naxçıvan"a, “Səbail” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Səbail”ə qarşı – Misli Premyer Liqası
"Zirə" "Neftçi"yə, "Sabah" "Turan Tovuz"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər