reklam
Fernandu Santuş:
Sportfm.az xəbər saytı

Fernandu Santuş: "Bütün futbolçuları özüm dəvət edirəm"


Millətlər Liqası çərçivəsində sabah Qəbələdə keçiriləcək Estoniya ilə matç öncəsi yığmamızın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb.

Sportfm.az saytının Qəbələyə ezam olunan müxbirinin verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandamızın son iki oyunda yaxşı təsir bağışladıqlarını deyib: - Oyunları təhlil edirik və görürük ki, oyundan oyuna inkişaf edirik, mən bura 2028-ci ilə qədər gəlmişəm. Estoniya ilə ilk oyunu təhlil etdikdə görürük ki, qol epizodlarını realizə edə bilmədik, sonunda isə məğlub olduq. Oyunçularımızı istəklidi, sabahkı oyunda yaxşı nəticə qazanmaq əlimizdən gələni edəcəyik. Məqsəd budur ki, yaxşı heyət quraq. Elə bir şey əldə etmək istəyirik ki, böyük uğur olsun. Mən bütün oyunları izləyirəm və bütün oyunçuları tanıyıram. Bütün futbolçuları özüm dəvət edirəm, heç kim və heç nə mənə təsir edə bilməz. Kimlər bizə kömək edə bilərsə, onları da çağırıram.

Qeyd edək ki, Azərbaycan – Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Santuş Qəbələdə jurnalistlərin qarşısına çıxacaq
“Futbolçularım Azərbaycana görə mübarizə aparmalıdırlar” - Fernandu Santuş
Bəhlul Mustafazadənin yerinə kim oynayacaq?
Millimizin baş məşqçisi Qəbələyə yollandı - FOTO
Azərbaycanlılar artıq indidən DÇ-2018 üçün bilet bron edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər