Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Sonra Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

Oxşar xəbərlər
Xuan Laporta Heydər Əliyevin məzarını ziyarət etdi
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü
AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
Rövşən Nəcəf Santuşla görüşdü - FOTO
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası