reklam
Millimiz İsveç səfərində -
Sportfm.az xəbər saytı

Millimiz İsveç səfərində -Millətlər Liqası


Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq.
Sportfm.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olacaq.

5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.

Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq. Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.

UEFA Millətlər Liqası

C Liqası, VI tur

19 noyabr

23:45. İsveç - Azərbaycan

Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)

Solna, “Strouberri Arena”

Oxşar xəbərlər

Millimiz Estoniya ilə bərabərə qaldı - Millətlər Liqası
Millimiz Slovakiyaya uduzdu - Millətlər Liqası
Azərbaycan millisi Slovakiyaya qarşı - Millətlər Liqası
Azərbaycan yığması ilk matçına çıxır - YENİLƏNİR
Voleybol millimiz İsveçə uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər