reklam
Qurbanovun mətbuat konfransının vaxtı bilinib
Sportfm.az xəbər saytı

Qurbanovun mətbuat konfransının vaxtı bilinib


Fransanın “Lion” komandasının Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.

Sportfm.az Azərbaycan çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Pyer Saqenin mətbuat konfransı noyabrın 27-də, saat 17:45-də başlayacaq.

Liqa 1 klubunun açıq məşqi isə saat 18:30-da start götürəcək.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-a təyin edilib. Bu tədbirlər Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Saat 16:45-də “köhlən atlar”ın açıq məşqi “Azərsun Arena”da reallaşacaq.

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.

Oxşar xəbərlər

Farioli və Qurbanov medianın önünə çıxacaq
Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər