reklam
Məşqçi kursları başladı -
Sportfm.az xəbər saytı

Məşqçi kursları başladı -FOTO


AFFA-nın təşkilatçılığı, “Xudat City” Futbol Akademiyasının dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.

Sportfm.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.

Kurs 3 gün davam edəcək.

Oxşar xəbərlər

Ağcabədidə məşqçi kurslarına start verildi
AFFA-da məşqçi kurslarına yekun vurulub
AFFA-da yeni məşqçi kursları başladı
Məşqçi kurslarına yekun vuruldu
Qusarda məşqçi kursu keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər