reklam
1/8 final start götürür -
Sportfm.az xəbər saytı

1/8 final start götürür -Tovuzda intriqalı matç


Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək.

İlk iki cütdə Premyer Liqa təmsilçiləri I Liqanın kollektivləri ilə üz-üzə gələcək. “Səbail” “Qaradağ Lökbatan”ı, “Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkəcək.

Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı baş tutacaq. Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1.

Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

15:00. “Qaradağ Lökbatan” - “Səbail”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”

18:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

4 dekabr

16:00. “Qəbələ” - “Qarabağ”

16:00. “Kəpəz” - “İmişli”

18:00. “Neftçi” - “Difai”

19:00. “Zirə” - “Şamaxı”

19:00. “Sumqayıt” - MOİK

Oxşar xəbərlər

1/8 finalın hakimləri bilindi - Azərbaycan Kuboku
Bu gün Azərbaycan kubokunda 4 oyun keçiriləcək
Azərbaycan kubokunda 4 oyun keçiriləcək
“Araz-Naxçıvan” “Səbail”ə qarşı – Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər