Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə medal qazandı
Fransada keçirilmiş 4-cü beynəlxalq open turnirdə polşalı şahmatçı Mixail Krasenkov 9 xaldan 8-ni toplayaraq qalib olub.
Sportfm.az xəbər verir ki, qrossmeysterlərimiz Eltac Səfərli və Qədir Hüseynov, fransalı şahmatçılar Matye Kornett, Laurent Fressine və belaruslu Sergey Jiqalko turnirin qalibindən bir xal geri qalıblar. Əlavə göstəricilərə görə, Eltac Səfərli turnirin gümüş medalına layiq görülüb, Qədir Hüseynov isə bürünc medala sahib olub.
Turnir Korsikada İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edib.
Oxşar xəbərlər
Şahmatçımız Dubayda qalib gəldi
Eltac Səfərli ilk üçlükdən yarım xal geridə
Azərbaycanlı şahmatçı beynəlxalq turnirdə beşinci oldu
"Baku Open" turnirinin qalibi məlum oldu
“Baku Open”də 6-cı tur geridə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası