reklam
Əsas ulduzları komandanı tərk edəcəyini açıqladı -
Sportfm.az xəbər saytı

Əsas ulduzları komandanı tərk edəcəyini açıqladı -ŞOK


“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Sportfm.az xəbər verir ki, yerli mətbuata müsahibəsində misirli deyib: “Mən həqiqətən Liverpulla Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, – Salah deyib.

Misirli yeni müqavilə ilə bağlı klubla onun arasında heç bir irəliləyiş olmadığını da qeyd edib. Hazırkı müqavilə bu mövsümün sonunda, 2025-ci ilin yayında başa çatır.

32 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, klubda 375 matçda 231 qol vurub və 105 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

“Mənim kumirim braziliyalı Ronaldodur” - Salah
Salah da ərəblərin puluna təmahlana bilər
İlin futbolçusu adına namizədlər
Salah Premyer Liqanın tarixinə düşdü 90-cı qol
Salah ilin ən yaxşı oyunçusu seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər