Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AGF rəsmiləri güləş məktəbinin fəaliyyəti ilə tanış oldu
Azərbaycan Güləş Federasiyası (AGF) yerlərdə bu idman növünün tərəqqisi üçün silsilə tədbirləri davam etdirir.
Sportfm.az xəbər verir ki, 2024-cü ildən federasiyanın inventar və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub.
AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hal-hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

Oxşar xəbərlər
Güləş Federasiyası seçimlərə başlayır
Hərbi İnstitutun güləş zalı inventarla təmin edildi
İmişlidə yeni güləş məktəbi istifadəyə verildi
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası