Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hidayət Heydərov liderlər sırasında
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıblar.
Sportfm.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.
Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə birincidir.
Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədir.
Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdir.
Zelim Tskayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri isə "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədir.
Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq. 2024-cü ildə cüdoda dünyanın ən yaxşıları mükafatlarını fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində alacaqlar.

Oxşar xəbərlər
Azərbaycan cüdo dünyasının mərkəzində - DÇ-2026 Bakıda keçiriləcək
Azərbaycan Olimpiadada daha bir medal qazandı
Cüdoçumuz 1/4 finalda - Paris-2024
Dünya çempionu Hidayət Heydərov Vətənə döndü
Hidayət Heydərov Avropa çempionu oldu - İkinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası