reklam
Millinin yeni baş məşqçisi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Millinin yeni baş məşqçisi müəyyənləşdi


Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandanın "sükanı arxasına" Erik Şell keçib. Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.

Qeyd edək ki, 2022-2024-cü illərdə Mali yığmasını çalışdırmış mütəxəssisin son iş yeri Əlcəzairin "Oran" klubu olub. Erik Şell futbolçu karyerası ərzində Fransada "Valensyen", "Lans" kimi klublarda çıxış edib. O, bu postda almaniyalı Bruno Labbadianı əvəzləyib.

Oxşar xəbərlər

"Alanyaspor"da yeni baş məşqçi
"Azərreyl"in yeni baş məşqçisi məlum oldu
Prosineçkinin yeni iş yeri məlum oldu
“Roma”da yeni baş məşqçi - RƏSMİ
Yığmamızın rəqibinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər