reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin sabiq futbolçusu Yaponiya klubunda


"Neftçi"nin sabiq futbolçusu Ahmed Ahmedovun yeni klubu məlum olub.

Sportfm.az xəbər verir ki, bolqarıstanlı hücumçu karyerasını Yaponiyada davam etdirəcək.

Ahmedov "Şimizu S-Pulse"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı forvardla 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirib. Təcrübəli forvard sonuncu turda "Qarabağ"la matçda qələbə qolunu vuraraq "ağ-qaralar"a çempionluq qazandırıb.

Oxşar xəbərlər

"Neftçi"nin sabiq futbolçusu Yaponiya klubunda
“Neftçi”nin sabiq oyunçusu Macarıstan klubunda
“Neftçi”nin sabiq futbolçusu klubunu dəyişdi
"Neftçi"nin sabiq futbolçusu Bolqarıstan klubundan ayrıldı
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər